On üç yaşlı şagird 66 nəfərin həyatını xilas etdibackend

On üç yaşlı şagird 66 nəfərin həyatını xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Miçiqan ştatında məktəb avtobusunun sürücüsü sükan arxasında huşunu itirib.

NOCOMMENT.az xəbər verir ki, həmin an 13 yaşlı tələbə Dillon Rivz araya girərək avtobusu təhlükəsiz yerə çəkərək saxlayıb.

Cəld şəkildə avtobusun sürücü tərəfinə gələn Dilon qarşı hərəkət zolağına çıxan avtobusu sürətini azaldaraq təhlükəsiz ərazidə saxlayıb.

Avtobusda olan 66 dostunun və huşunu itirən sürücünün həyatını xilas edən Dillon ABŞ-da qəhrəman elan edilib.

Polis hadisədən sonra təhlükəsizlik kamerası görüntülərinə baxdıqdan sonra məktəb rəhbərliyinə Dillonun qəhrəmanlığını tərifləyən məktub göndərib.

NOCOMMENT.AZ