Onların partiyaları qeydiyyata alındıbackend

Onların partiyaları qeydiyyata alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ədliyyə Nazirliyi Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) qeydiyyata alıb.

NOCOMMENT.az-a xəbər verir ki, Ağ Partiyanın başqanı Tural Abbaslı üzvlərin reysterinin qanuna uyğunluğunun yoxlanıldığını və partiyanın qeydiyyata alındığını bildirib.

VHP-nin qeydiyyata alınması ilə bağlı bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib: “Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalar qarşısında qoyulan 1000 nəfər qeydiyyat üzvü tələbi 5 dəfə artırılıb. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Daha əvvəl sözügedən partiyalar da daxil olmaqla, əksər partiyalar qeydiyyata alınmamış qüsurların aradan qaldırılması üçün onlara vaxt verilmişdi.