Ordubadda iki maşın toqquşub, xəsarət alan varbackend

Ordubadda iki maşın toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Düylün kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Ordubad rayon Kotan kənd sakini, 1997-ci il təvəllüdlü Fərəcli Fərəc Nazim oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin boynundan və qolundan xəsarət alıb, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.