Ovannisyan aylar sonra üzə çıxdı və Anna Akopyanla görüşündən danışdıbackend

Ovannisyan aylar sonra üzə çıxdı və Anna Akopyanla görüşündən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi kimi çıxış edən Artsrun Ovannisyan atəşkəsdən sonra ilk dəfə brifinq keçirərək döyüş əməliyyatları zamanı fəaliyyətini şərh edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Biz qalib gələcəyik” şüarına baxmayaraq Ermənistanın müharibəni niyə uduzduğuna dair sualı cavablandıran Ovannisyan jurnalistlərə bəzi məsələlərin özünə də müəmmalı qaldığını bildirib.

“Beynəlxalq təşkilatlardan biri müharibənin 44 günü ərzində söylədiklərimin detallı təhlillərini təqdim edib. Açıqca bildirir ki, ifadələrimin yarısı ruh yüksəkliyini artırmağa yönəlmişdi, digər yarısı isə ayıldıcı xarakter daşıyan və ağır döyüşlər barədə məlumatlar idi”, – deyə Ovannisyan qeyd edib.

Bununla belə Artsrun bildirib ki, ən qaranlıq məqam Şuşa ilə bağlıdır: “Noyabrın 7-də mənə məlumat verildi ki, Şuşa düşmənin təxribatçı qruplarından azad olunub. Amma 8-də tam əks məlumat verildi. Maraqlıdır ki, mən bütün məlumatları yalnız Müdafiə Nazirliyindən, Baş Qərargahdan alırdım. Ona görə də məlumatlarda belə halların olmasını hələ də başa düşməmişəm”.

Sonda keçmiş sözçü Anna Akopyan məsələsinə də aydınlıq gətirib: “Mən müharibənin gedişində Annanı nə Qarabağda görmüşəm, nə onunla görüşmüşəm, nə də onunla şəkil çəkdirmişəm. O yayılan şəkil də montajdan başqa bir şey deyil…”