Özcan Dəniz özündən 22 yaş kiçik sevgilisi ilə evləndibackend

Özcan Dəniz özündən 22 yaş kiçik sevgilisi ilə evləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

50 yaşlı Özcan Dəniz uzun müddətdir eşq münasibəti yaşadığı 28 yaşlı iranlı modelyer Samar Dadgarla gizlicə  evlənib.  

NOCOMMENT Unikall-a istinadən xəbər verir ki,  cütlük Zekeriyaköydəki evlərində nikah masasına əyləşib.Sakitcə ailə quran Özcan Dəniz evlilik xəbərləri ilə bağlı heç bir açıqlama verməyib.

Anasının “Mən onun evlənməsini qətiyyən istəmirəm” xəbərdarlığına məhəl qoymayan müğənninin özündən 22 yaş kiçik iranlı xanımla evlənməsi şou aləmində gündəm yaradıb.

Qeyd edək ki, 2018-ci ildə ailə quran Feyza Aktan və Özcan Dəniz 2019-cu ildə mübahisəli şəkildə boşanıblar. Kuzey adlı oğullarının himayədarlığına görə keçmiş həyat yoldaşı ilə tez-tez məhkəməyə verilən Özcan Dənizin şəxsi həyatı və zorakılığa məruz qaldığı iddiası ilə bağlı iddia ortaya atılıb.