İsrail Müdafiə Ordusu (ÇAXAL) Livanın cənub bölgələrinə endirdiyi intensiv hava zərbələri nəticəsində mülki itkilərin sayı artmaqdadır. Hər iki tərəf hərbi əməliyyatların gedişatı və fəsadları barədə rəsmi məlumatlar yayıb.
NOCOMMENT.az xəbər verir ki, İsrail ordusu həftəsonu Livanın cənubundakı müxtəlif nöqtələrdə "Hizbullah" qruplaşmasına məxsus təxminən 100 hərbi hədəfə aviazərbələr endirdiyini bəyan edib. ÇAXAL-ın rəsmi açıqlamasına görə, vurulan obyektlər arasında qruplaşmanın müşahidə məntəqələri, silah-sursat anbarları və İsrail hərbçilərinə qarşı hücumların hazırlanmasında istifadə olunduğu iddia edilən digər infrastruktur obyektləri var.
Digər tərəfdən, Livan Səhiyyə Nazirliyi son 24 saat ərzində həyata keçirilən hücumların acı nəticələrini açıxlayaıb. Rəsmi məlumata görə, İsrail aviasiyasının bombardmanları nəticəsində Livanda 18 nəfər həyatını itirib, 124 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bölgədə gərginliyin yüksək həddə qaldığı bildirilir.
Sara,












