Trampın elə görüntüsü paylaşıldı ki... - FOTO

Trampın elə görüntüsü paylaşıldı ki... - FOTO

ABŞ Ağ Evi Prezident Donald Trampın müxtəlif məşhur obrazlarda süni intellekt vasitəsilə hazırlanmış fotoşəkillərini paylaşmaqda davam edir. Qurumun sosial şəbəkə hesablarında yayımlanan növbəti rəqəmsal kollaj böyük marağa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, neyroşəbəkə tərəfindən yaradılan yeni fotoda ABŞ Prezidenti məşhur britaniyalı agent və xəfiyyə Ceyms Bond (Agent 007) obrazında təqdim edilib. Fotoda Trampın klassik dumanlı agent atmosferində, eleqant geyimdə canlandırılması izləyicilər tərəfindən minlərlə rəy və bəyənmə toplayıb.

Qeyd edək ki, Ağ Evin rəsmi platformalarında dövlət başçısının bu qəbildən olan süni intellekt fotolarının paylaşılması artıq bir ənənə halını alıb və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanır.