Pakistanda 220 milyona yaxın insan işıqsız qaldıbackend

Pakistanda 220 milyona yaxın insan işıqsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın milli elektrik şəbəkəsindəki problem təxminən 220 milyon insanı işıqsız qoyub.

NOCOMMENT.az xəbər verir ki, Pakistanın energetika naziri Khurram Dastgir mövzu ilə bağlı verdiyi açıqlamada, yerli vaxtla saat 07:34-də milli elektrik şəbəkəsinin bağlanması səbəbindən sistemdə geniş yayılmış nasazlığın olduğunu bildirib.

Sistemin köhnə iş formasına qaytarılması üçün profilaktik işlərin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, bu ayın əvvəlində Pakistanın baş naziri Şahbaz Şərif əyalət rəsmilərinə enerji istehlakını 30 faiz azaltmağı tapşırıb

Restoranların saat 22:00-da, marketlərin isə 20:30-da bağlanması qərara alınıb.