Pakistanda məscidə hücum: Ölən varbackend

Pakistanda məscidə hücum: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətində məscidə hücum təşkil edilib.

NOCOMMENT.az xəbər verir ki, “Geo News” televiziyasında yer alan xəbərə görə, polis əyalətin Hayber bölgəsində bir nəfərin polisləri görüncə məsciddə gizləndiyini görüb.

Polis məsciddə axtarış apararkən, şübhəli şəxs üzərindəki bombanı partladıb.

İlkin məlumata görə, hücumda 1 polis həyatını itirib.

Partlayışdan sonra dağılan məscidin qalıqları arasında sağ qalanların olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, partlayış zamanı məscid boş olub.

NOCOMMENT.AZ