Pakistanda Yeni il şənlikləri ləğv edilibbackend

Pakistanda Yeni il şənlikləri ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərini qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvaar-Ul-Haq Kakar bildirib.

“Pakistan xalqı kədər içindədir. Buna görə də, vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib”, – deyə Kakar televiziya ilə çıxışında bildirib.

O, həmçinin pakistanlıları “məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə və Yeni il şəfəqləri kimi sadəliyi qorumağa” çağırıb.