Pakistandan Xankəndi yolunda keçirilən aksiyaya dəstək – Videobackend

Pakistandan Xankəndi yolunda keçirilən aksiyaya dəstək – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin və Pakistandakı Azərbaycan səfirliyinin iştirakı ilə “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda Lahor Dövlət Kollec Universitetində keçirilən beynəlxalq konfransın iştirakçıları, pakistanlı müəllim və tələbələr, ölkənin elmi ictimaiyyəti Qarabağda Xankəndi yolunda Azərbaycan vətəndaşlarının keçirdikləri ekoloji terrorizmə qarşı aksiyasına dəstək nümayiş etdirərək həmrəyliklərini ifadə ediblər.

NOCOMMENT.az xəbər verir ki, konfransın iştirakçıları ayaqüstə “Yaşasın Azərbaycan”, “Yaşasın Azərbaycan-Pakistan qardaşlığı və birliyi” şüarları səsləndiriblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqına verdikləri qardaşlıq dəstəyinə görə Lahor Dövlət Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrinə dərin minnətdarlığını bildirib.