Parlamentdə dərman problemi qaldırıldı, səbəbi AÇIQLANDIbackend

Parlamentdə dərman problemi qaldırıldı, səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar bəzi dərman vasitələrinin tapılmaması halları yaşanır”.

NOCOMMENT xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov danışıb.

“Bu səbəblərə görə xəstələr və həkimlər problemlərlə üzləşirlər. Hətta həmin dərman vasitələrinin əvəzediciləri də yoxdur. Bu da vəziyyəti ağırlaşdırır. Hər kəs problemi ciddi qəbul edir. Problemin səbəbləri, birinicisi, beynəlxalq olsa da, ikinci məqam isə, düşünürəm ki, daxili səbəblərlə bağlıdır.

Hazırda Ukrayna və Rusiya arasında baş verən müharibə dərman idxalına mane olur. Hətta ölkəyə dərman idxal edən özəl şirkətlər qiyməti tənzimləyə bilmədiyindən dərmanların ölkəyə gətirilməsini zərərli hesab edirlər”, – deyə deputat çıxışında qeyd edib.