Paşinyan ailəsi ilə Ermənistanı tərk etməyə hazırlaşır?backend

Paşinyan ailəsi ilə Ermənistanı tərk etməyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan küçələrində qeybət səviyyəsində vətənini xilas edənlər cəmiyyətdə yalan məlumat yayırlar ki, guya baş nazir Paşinyana xidmət edən təyyarə yaxın bir neçə saat ərzində uçuşa hazırlaşır, baş nazir ailəsi ilə birlikdə Ermənistanı tərk edəcək”.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın “Aysor” nəşrinin yaydığı məlumata görə, bunu baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan öz “Facebook” səhifəsində yazıb:

“Təbii ki, bu absurdun təkzibə belə ehtiyacı yoxdur. Baş nazir Paşinyan xalqın ona həvalə etdiyi baş nazir vəzifələrini yerinə yetirməkdə davam edir və edəcək.
Bu hekayətin gülməli tərəfi bir də odur ki, baş nazirə xidmət edən təyyarə hazırda heç Ermənistanda deyil, texniki xidmət üçün xaricdədir” –deyə erməni hökumət rəsmisi bildirib.

Xatırladaq ki, Ermənistanda Rusiyayönümlü müxalif qüvvələrin aprelin 17-dən Paşinyan əleyhinə başlatdığı etiraz aksiyaları bu gün də davam edib.Moderator.az