Paşinyan Araik Arutyunyana yeni vəzifə verdi – FOTObackend

Paşinyan Araik Arutyunyana yeni vəzifə verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın imzaladığı sərəncamla baş nazirin baş müşaviri Araik Arutyunyanın vəzifəsi dəyişdirilib. Belə ki, o, baş müşavir vəzifəsindən azad edilərək Ermənistan Baş naziri aparatının rəhbəri təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.

Digər bir qərarla keçmiş səhiyyə naziri Arsen Torosyan Baş nazir aparatının rəhbəri vəzifəsindən azad edilib.

Qeyd etdiyimiz kimi A.Arutyunyan bu təyinatdan əvvəl baş nazirin baş müşaviri vəzifəsini tutub. 2018-2020-ci illərdə isə Elm və Təhsil Nazirliyinə rəhbərlik edib.
Teleqraf