Paşinyan bunu etsə, Koçaryan Ermənistandan gedəcək – Politoloqbackend

Paşinyan bunu etsə, Koçaryan Ermənistandan gedəcək – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda məhkəmə sistemində olan hakimlər və digər işçilər Koçaryan-Sarkisyan zamanından qalıblar. Yəni bu sistemdə işləyənlərin mütləq əksəriyyəti Koçaryan-Sarkisyan dönəmində vəzifəyə gəliblər. Əgər indiki halda Paşinyan Koçaryanı qorxutmağı, seçkidən sonra sakit durmasını təmin etməyi hədəfləyirsə, ilk olaraq Ermənistanda məhkəmə sistemində ciddi dəyişikliklər həyata keçirməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a professor Əli Abbasov İrəvanda Robert Koçaryanla bağlı keçirilən məhkəmə prosesi haqda danışarkən bildirib.

Onun sözlərinə görə, hər dəfə Koçaryanla bağlı məhkəmə kluminasiya nöqtəsinə gələndə hakimlər prosesi sıfırlaşdırıb:

“Əsas problem budur. Əgər Paşinyan məhkəmə islahatlarına başlasa, biz anlayacağıq ki, Koçaryanın vəziyyəti pisləşəcək. Mümkündür ki, bu halda Köçəryan Ermənistanı tərk etsin. Çünki onun başqa çarəsi olmayacaq. Ortaya qoyulan cinayət işlərinin heç biri saxta və əsassız deyil. Bu adam erməni vətəndaşlarının güllələnməsi əmrini verib. Yəni cinayətin başında durub.

Digər tərəfdən, onun cangüdənləri restoranda bir nəfəri öldürüblər. Ölən şəxsin bədənində güllə yerləri aşkar edilib. Bir sözlə, işlər çoxdur. Ən əsassı da korrupsiya. Ermənistanda siyasətlə az-çox məşğul olanlar bilir ki, Koçaryanın Moskvada obyektləri, biznes strukturu var. Bu əmlak, pul haradandır? Deməli, əvvəl Qarabağı, sonra Ermənistan talayıb. Bu məsələlər konkretdir. Hələlik Koçaryan hazırda digər siyasi qüvvələrlə birləşməyib. Sarksiyana bağlı deputatlar da ona maraq göstərmir. Əslində Ermənistanda proseslər indi başlayıb. Mən hesab edirəm ki, Nikol Paşinyan ona hər hansı bir imkan verməməlidir”.