Paşinyan Gürcüstana işgüzar səfərə gedirbackend

Paşinyan Gürcüstana işgüzar səfərə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək.

Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Paşinyan və Qaribaşvili həmçinin mətbuata birgə bəyanatla da çıxış edəcək.