Paşinyan: Hazırda Ermənistanla Azərbaycan arasında xəritələr üzrə razılaşma yoxdurbackend

Paşinyan: Hazırda Ermənistanla Azərbaycan arasında xəritələr üzrə razılaşma yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib.

“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan Respublikası və Azərbaycan Respublikasının Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var. Belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”, – Paşinyan vurğulayıb.