Paşinyan hökumətin iclasını keçirdibackend

Paşinyan hökumətin iclasını keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin büdcə layihəsi ilə bağlı hökumətin iclasını keçirib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, maliyyə naziri Tiqran Xaçatryan məruzə ilə çıxış edib. Qeyd edib ki, 2023-cü ilin büdcə layihəsi 2021-2026-cı illər üçün hökumət proqramı əsasında formalaşıb.

Nazir makroiqtisadi göstəricilərə və fiskal siyasətin proqnozlarına toxunub, istiqamətlər üzrə təklif olunan xərc həcmlərini təqdim edib.

Baş nazir idarə rəhbərlərinə əsaslı xərclərin icrasını və tenderlərin elan edilməsi prosesini diqqət mərkəzində saxlamağı davam etdirməyi tapşırıb.