Paşinyan indi də gözünü Ukraynaya dikibbackend

Paşinyan indi də gözünü Ukraynaya dikib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündə tərəflər sülh sazişi layihəsinin hazırlanması ilə bağlı razılığa gəlsələr də, İrəvanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi sual altındadır.

Bundan öncəki görüşlərin nəticəsi göstərir ki, Ermənistan hakimiyyəti vədlərini yerinə yetirməyərək, regionda sülhün təmin olunmasını mümkün qədər yubandırmağa çalışır.

Bu dəfə necə olacaq, rəsmi İrəvan sülh öhdəliyinə əməl edəcəkmi?

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Azərbaycan təcili sülhün əldə olunmasına tərəfdardır. Bu baxımdan Brüsseldə keçirilən görüşün nəticəsini müsbət hesab etmək olar.

Lakin Ermənistan tərəfinin sülh istəməsi şübhə doğurur: “Ermənistanın sülh istəmədiyi aydındır. Onlar hər dəfə hansısa problemlər yaradıb, razılıqlardan qaçırlar. Ermənistan sülh yox, problem və bəla istəyir. Onların arxasında duran qüvvələr də daim gərginlik olmasını arzu edir”.