Paşinyan Köçəryanı Mehrini Azərbaycana vermək planlarında İTTİHAM EDİBbackend

Paşinyan Köçəryanı Mehrini Azərbaycana vermək planlarında İTTİHAM EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri öncəsi siyasi mübarizə kəskinləşib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Yerevanda tərəfdarları ilə görüşən baş nazir Nikol Paşinyan eks-prezident Robert Köçəryanı Mehri rayonunu Azərbaycana verməkdə ittiham edib.

“Köçəryan 1999-cu ildə Laçin dəhlizinin qarşılığında Mehri rayonunun Azərbaycana verilməsi barədə danışıqlar aparırdı”, – deyə Paşinyan söylətib.

O, Köçəryanı 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı barədə də öncədən məlumatlı olmaqda ittiham edib.

Vanadzor şəhərində tərəfdarları ilə görüşən Köçəryan isə səslənən açıqlamaları yalan adlandırıb.