Paşinyan Makronla Qarabağı müzakirə etdibackend

Paşinyan Makronla Qarabağı müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Qarabağ məsələsi, habelə Ermənistan-Fransa münasibətləri və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı bəzi məsələlər müzakirə edilib.

Qeyd olunub ki, tərəflər Qarabağdakı müharibə nəticəsində yaranan humanitar vəziyyəti, eləcə də çətinliklərin öhdəsindən gəlmək imkanlarını müzakirə ediblər. Baş nazir erməni xalqı üçün çətin günlərdə göstərdiyi diqqət və dəstəyə görə Fransa Prezidentinə təşəkkür edib.