Paşinyan Moskvaya gedə bilər – SƏBƏBbackend

Paşinyan Moskvaya gedə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, mayda Moskvada Avrasiya İqtisadi İttifaqının 10 illiyinə həsr olunan sessiya keçiriləcək.

Sədrlik 2024-cü ildə Ermənistana keçdiyi üçün Rəsmi İrəvan sessiyanın təşkilində aparıcı rol oynamalıdır. Bu baxımdan, Paşinyanın Moskvaya səfəri gözlənilir.

Bu səfər xüsusilə Moskva-İrəvan qarşıdurması fonunda diqqət çəkir.