Paşinyan növbədənkənar seçkilərdə namizəd olacaq? – Manukyandan açıqlamalarbackend

Paşinyan növbədənkənar seçkilərdə namizəd olacaq? – Manukyandan açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz belə bir şəraitdə erkən parlament seçkilərinə icazə verməyəcəyik”.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu müxalifət qüvvələrinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib.

O bildirib ki, Nikol Paşinyan gedənə qədər itaətsizlik aksiyaları hər gün keçiriləcək, çünki onun hərəkətləri bağışlanmayacaq: “İndi hər gün baş verənlər erməni xalqı üçün dağıdıcıdır. Düşünmürəm ki, Paşinyan erkən seçkilərdə namizəd olacaq. Sadəcə meydanı yenidən partiyalara, köhnə və indiki, ağ-qara, elitlərə bölmək istəyir. Ermənistanda Nikol Paşinyanın rəhbərliyi altında heç bir seçki ola bilməyəcəyini açıq şəkildə bildirdik. Paşinyan getməlidir, ən azı bir az dəyişiklik edəcək, ordunun döyüş hazırlığını artıracaq və sərhəd məsələlərində danışıqlar aparacaq bir hökumət qurulmalıdır”.

Manukyan əlavə edib ki, seçkilərin keçirilməsi indi cəmiyyətin yenidən bölünməsi deməkdir: “Seçki bir mübarizədir, partiyalar bir-birlərilə döyüşməyə başlamalı olacaq. Erkən parlament seçkilərinin belə bir şəraitdə keçirilməsinə icazə verməyəcəyik. On minlərlə insan küçələrə axışır, bu hərəkatı dəstəkləyir. O xain deyil, xalqımızın və dövlətimizin düşmənidir. Həmişə qərib, düşmən oldu. İndi xalq müxalifətə deyil, Nikol Paşinyana qarşıdır. Müxalifət seçkilər zamanı olur, amma indi ölkəmizi düşməndən xilas etmək üçün milli mübarizə aparmaq lazımdır ”.