Paşinyan Qazaxın 4 kəndini qaytarır: Bəs digərləri?backend

Paşinyan Qazaxın 4 kəndini qaytarır: Bəs digərləri?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan lideri olduğu “Vətəndaş müqaviləsi”nin nümayəndələri ilə görüşündə, ilk növbədə, Azərbaycanın tələb etdiyi Qazaxın dörd kəndindən danışıb. Münxendə bu məsələ ilə bağlı müzakirə aparılıb.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri əlavə edib: “Komanda yoldaşları ilə söhbətində Paşinyan vurğulayıb ki, Tiqranaşen onlardan biri deyil, bütün bu kəndlər Tavuş bölgəsində yerləşir. Deməli, söhbət bu 4 kənddən gedir: Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı”.

Erməni nəşri xatırladıb ki, müharibədən bir il sonra keçmiş baş nazir Qrant Baqratyan demişdi ki, azərbaycanlılar sözügedən kəndlərdə artıq ölçülər götürürlər: “Təbii ki, hakimiyyət bunu inkar etməyə başlayıb, amma həyat göstərir ki, bu, məsələ reallıqdan uzaq deyil.

Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirdi ki, onların rayonunda azərbaycanlıların kəndləri var. Nəyə görə indi Paşinyanın əvvəllər dediyi kimi, 8 yox, 4 kəndin təhvil verilməsi üçün problem olmayacaq. Qalanları kimi, o cümlədən Ermənistanı cənubla birləşdirən Tiqranaşen”.

“Hraparak” nəşrinin sözügedən yazısından məlum olur ki, Paşinyan və Ermənistan rəhbərliyi Qazaxın işğal altında olan kəndlərindən cəmi 4-nün qaytarılmasında maraqlıdır.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Azərbaycana məxsus 8 anklav kəndin heç birinin Ermənistana verilməsindən söhbət gedə bilməz:

“Azərbaycan və Ermənistan arasında ilk olaraq sərhədlər müəyyənləşdirilməlidir. Bütün ərazi məsələləri sərhədlər müəyyən edildikdə təhlil olunur və tərəflər bunu imzalayır. Bu həm də iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün təməl olur. Azərbaycanla Ermənistan arasında elə bir razılaşma yoxdur ki, 8 kəndin hər hansısa Ermənistana peşkəş verilsin. Bu torpaqları birmənalı olaraq Ermənistan işğal edib. Bu ümumilikdə hüquqi məsələdir. Torpağın verilməsi, mübadiləsi və bu tip məsələlər bir sıra hallarda referenduma çıxarılır. Ona görə də bu məsələ hər hansısa razılaşma ilə həll olunmaz.”

Siyasi şərhçi bu açıqlamanın Paşinyanın boşboğazlığı olduğunu qeyd edib.

“Məsələn, Paşinyan İrəvanın Azərbaycana veriləcəyini desin, sizcə bu baş tuta bilərmi? Təbii ki, xeyr. Biz 30 ildən artıqdır ki, işğal faktını qəbul edə bilmirdik. Ərazi bütövlüyümüzün bərpası üçün çoxlu şəhid vermişik. Qazaxın Bağanis Ayrım və Aşağı-Yuxarı Əskipara kəndlərində ermənilər bizm insanlarımızı qətlə yetirib. Bu kəndlərin hər hansısa birini Ermənistana güzəştə getmək qəti şəkildə yolverilməzdir. Paşinyanın ərazi məsələsi ilə bağlı dediyi fikir boşboğazlıqdır. Ölkə başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü mütləq şəkildə təmin olunacaq. Paşinyan hələ Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiaları ilə bağlı məsələləri həll etməlidir”.