Paşinyan qızına qadağa qoyub – Səbəbi bilindibackend

Paşinyan qızına qadağa qoyub – Səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyanın son vaxtlar sosial şəbəkələrdə gözə görünməməsi sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, son günlər gözlərdən uzaq həyat keçirən Məryəm Paşinyana bu qadağanı atası Nikol Paşinyan qoyub.

Belə ki, müxalif erməni mətbuatının iddiasına görə, Məryəm Paşinyanın gecə həyatı, habelə bahalı avtomobillərdə çəkdiyi videoların sosial şəbəkələrdə geniş rezonansa səbəb olmasından sonra Baş nazirin qızı məhz atasının təkidi ilə səssizliyə çəkilib.

Xatırladaq ki, Nikol Paşinyan və Anna Hakobyan cütlüyünün 4 övladından ən böyüyü Məryəm Paşinyandır.