Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb – Həbslər varbackend

Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb – Həbslər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət qurumlarına və ayrı-ayrı şəxslərə qarşı silsilə terror aktları hazırlayan cinayətkar qrupun ifşa olunduğunu açıqlayıb.

NOCOMMENT.az “Turan.az”a istinadla xəbər ki, qrup “partlayışlar törətməyi, o cümlədən dövlət əhəmiyyətli binaları ələ keçirməyi, dövlət orqanlarının fəaliyyətinə mane olmaq məqsədilə mülki vətəndaşın qətlini planlaşdırmağı” planlaşdırıb.

Beş nəfər həbs edilib və onların üzərində silah, sursat, Ermənistan və Rusiya operatorlarının istifadə olunmamış telefon kartları və şifrəli sənədlər aşkar edilib.

Hazırlanan terror əməliyyatı geniş əhali kütləsinin cəlb edilməsi ilə “Şimal yarpağının düşməsi” adlanırdı.

“Milli Qurtuluş üsyanı” adlı teleqram kanalının yaradılması nəzərdə tutulurdu.

Məlumatda bildirilir ki, cinayətkar qruplaşma üzvlərinin ailələrinin Gürcüstana aparılması da planlaşdırılırdı.

Ermənistan Milli Təhlükəsizlik Xidməti terror aktının kimə qarşı planlaşdırıldığını açıqlamır, lakin təxmin etmək çətin deyil ki, dövlət binalarını zəbt etmək, mülki vətəndaşı öldürmək və dövlət qurumlarının fəaliyyətinə mane olmaq ölkənin birinci şəxsi sıradan çıxarmaq və çevriliş etmək deməkdir.

Beləliklə, Nikol Paşinyan növbəti dəfə Ermənistanda mövcud hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısını ala bilib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatında xarici qüvvələr tərəfindən terror hücumuna cəhddə iştiraka dair işarələr var, lakin ad açıqlanmayıb.