Paşinyana sadiq olan qadın Vaşinqtona göndərilir – Makunts təsdiqlədibackend

Paşinyana sadiq olan qadın Vaşinqtona göndərilir – Makunts təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts ölkənin ABŞ-dakı səfiri təyin ediləcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Makunts özü bu xəbəri təsdiq edib: “Gündəmdə belə bir məsələ var, amma hələ müzakirə mərhələsindədir”.

Onun təcrübəsinin ABŞ-da səfir kimi işləmək üçün yetərli olub-olmadığına dair sualı cavablandıran Makunts siyasi təyinatlarda məhdudiyyət olmadığını söyləyib. “Mənim təcrübəmə gəldikdə, o, parlament diplomatiyası çərçivəsində ictimai idi. Təcrübə, əlbəttə, son dərəcə vacibdir, lakin bəzi hallarda əsas rol oynamır”, – deyə Makunts bildirib.

Qeyd edək ki, belə bir təyinatın olacağı xəbərini ilk olaraq Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün teleqram-kanalında açıqlamışdı. Minasyanın fikrincə, belə bir bacarıqsız insanın ABŞ-a səfir göndərilməsi, diplomatiyanın tənəzzülüdür.

Lilit Makunts Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın silahdaşı kimi tanınır.