Paşinyana ULTİMATUM: Hakimiyyəti 18:00-a kimi təhvil ver!backend

Paşinyana ULTİMATUM: Hakimiyyəti 18:00-a kimi təhvil ver!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müxalifət saat 18:00-a qədər hakimiyyətin onlara təhvil verilməsi barədə iqtidardakı “Mənim addımım” parlament fraksiyasının üzvlərinə vaxt verib.

Həmin saatdan sonra hakimiyyətin konstitusion yolla “Vətənin Xilası Komitəsi”nə təhvil verilməsi barədə müzakirələr aparılmalıdır

“Saat 18:00-dan sonra istefa xəbəri gəlməsə, müxalifət nümayəndələri Respublika Meydanında çadır quracaq və orada gecələyəcəklər”, – deyə Daşnaksutyun nümayəndəsi İşxan Saqatelyan mitinq zamanı toplaşanlara söyləyib.

Onun sözlərinə görə, parlament idarəetmə formasında Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verməsi məsələsi ölkə parlamenti tərəfindən həll edilməlidir. Saqatelyan, müxalifətin “Mənim Adımım” blokundan müsbət reaksiya gözlədiyini və buna qədər Respublika Meydanında çadırlarda qalacaqlarını da qeyd edib.

Hazırda hüquq-mühafizə qüvvələri bunun üçün müvafiq sanksiyaların olmadığını iddia edərək müxalifətin paytaxtın əsas meydanında çadır qurmasına icazə vermirlər.