Paşinyanı kim öldürmək istəyir? – Ermənistan kəşfiyyatı Rusiyaya meydan oxuyurbackend

Paşinyanı kim öldürmək istəyir? – Ermənistan kəşfiyyatı Rusiyaya meydan oxuyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda hakimiyyət çevrilişinin qarşısının alınması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olduğunu söyləmək çətindir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) dövlət qurumlarına və ayrı-ayrı şəxslərə qarşı silsilə terror aktları hazırlayan cinayətkar qrupu ifşa etməsinə dair məlumata münasibət bildirib:

“Nikol Paşinyan hakimiyyəti qarşısına, nəyin bahasına olursa-olsun, ölkədə Rusiyanın nüfuz dairəsində olan şəxsləri və siyasi dairələri zərərsizləşdirmək, onlara qarşı preventiv tədbirlər həyata keçirmək məqsədini qoyub. Bundan öncə də belə cəhdlər olub. KTMT-in baş katibi Yuri Xaçaturovun necə həbs, eləcə də Rusiya ilə əlaqəli olan digər şəxslərin istintaqa necə cəlb olunduğunun şahidi olmuşuq.

Ermənistanın Rusiyaya qarşı atdığı son addımlar məqsədyönlü xarakter də daşıya bilər. Belə bir cinayətkar qrupun olub-olmaması müzakirə mövzusudur. Çünki İrəvanın verdiyi açıqlamaların həqiqət olduğunu söyləməyə heç bir əsasımız yoxdur. Digər tərəfdən, hakimiyyət çevrilişi oyununu Ermənistan MTX, yaxud Ermənistanı himayə edən ölkələrin xüsusi xidmət orqanlarının hazırlaması şübhə doğurmur”.

E. Mirzəbəylinin sözlərinə görə, Rusiyanın təsir dairəsinə daxil olan ölkələrdəki davranışlarına diqqət yetirsək, bu qəbildən faktların olduğunu görə bilmərik:

“Çünki bunlar Rusiya xüsusi xidmət orqanlarının və yaxud Rusiyanın hansısa dairələrinin atdığı addımlara xas olan xüsusiyyətlər deyil. İndiki şəraitdə Rusiyanın Ermənistana təzyiq göstərməsi üçün çoxsaylı mexanizmlər var. Moskvanın əsas mexanizmlərindən biri də Gümrüdəki 102 nömrəli hərbi bazadır.

Paşinyanın hərbi hərbi bazanın adı məxsusi hallandırması və onun Ermənistana gərəkli olmadığını vurğulaması və s. yeni cinayət işi ilə əlaqələndirilə bilər. Növbəti istiqamət isə güman ki, Paşinyanın siyasi opponentləri və “Qarabağ klanı”nın nümayəndələri ilə bağlı ola bilər”.