Paşinyanın oğlu da Moskvaya qaçdı – VİDEObackend

Paşinyanın oğlu da Moskvaya qaçdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı və qızlarından başqa, oğlu Aşot Paşinyanın da gizlincə Moskvaya getdiyi barədə məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, u barədə “Mediaport” teleqram kanalında video paylaşılıb.

Moskvadakı “Ararat Hyatt” hotelinin həyətindən videonu kanala göndərən şəxs bildirib ki, dünən gecə yarısından sonra Anna Akopyana xidmət edən avtomobillə Aşot Paşinyan da hotelə gətirilib.

Qeyd edilir ki, təxminən bir həftə əvvəl Nikol Paşinyanın həyat yoldaşının, uşaqlarının Rusiya vətəndaşlığını almaq üçün Moskvaya getdiyi bildirilib. Paşinyanların Moskvanın elit bölgələrindən birində villa alacağı məlum olub.

Erməni mənbə yazır ki, Ermənistanın taleyi ilə məşğul olmaq əvəzinə, Nikol Paşinyan öz ailəsinin gələcəyi və rifahı ilə maraqlanır.