Paşinyanın Xocalı qatili ilə görüşünün detallarıbackend

Paşinyanın Xocalı qatili ilə görüşünün detalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma ölkənin təhlükəsizlik şurasının keçmiş rəhbəri Vitali Balasanyanın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün detalları bəlli olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, görüş zamanı Balasanyan Azərbaycan Ordusunun işğaldan azad etdiyi bölgələrdən birinin yenidən işğal edilməsi üçün əməliyyat hazırlığında özünün iştirak etməsini və əməliyyatın ona tapşırılmasını istəyib.

Paşinyan buna razılıq verib, amma Balasanyanın əməliyyatı Baş Qərargah rəisi Onik Qasparyanın tabeliyi altında keçirməsini istəyib.

Qeyd edək ki, Balasanyan Xocalı soyqırımının iştirakçılarından biridir. O, Paşinyanla srağagün görüş keçirib.