Pentaqonda cinsi istismar qalmaqalı: İslahat çağırışıbackend

Pentaqonda cinsi istismar qalmaqalı: İslahat çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi akademiyalarda artan cinsi istismar hallarının qarşısını almaq üçün islahatlara çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Pentaqonun avqustun 17-də dərc olunan hesabatında hərbi akademiyalarda cinsi zorakılıq və təcavüz hallarının artması müzakirə olunub.

Məruzədə hadisələrin qarşısının alınması üçün hərtərəfli və bir çox təklifləri özündə birləşdirən islahatların, o cümlədən tələbə liderlərinin hazırlanmasının vacibliyi vurğulanıb.

Hərbi məktəb şagirdlərinin üzləşdiyi problemlərin səbəblərini açıqlayan hesabatda Şagirdlərin kurikulumda öyrəndikləri ilə müəllimlərindən gördükləri arasında ziddiyyət də yer alıb.

Şagirdlərin adətən məktəbdən kənarda stress, zorakılıq və digər bu kimi gündəlik problemlərdən danışdıqları qeyd edilən hesabatda bu problemlərin dərslərdə də həll olunması təklif edilib.

NOCOMMENT.AZ