Peskov üçüncü ölkələrin münaqişənin həllində iştirak imkanlarını qiymətləndirdibackend

Peskov üçüncü ölkələrin münaqişənin həllində iştirak imkanlarını qiymətləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir – Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, – deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.