“Peyk zavodu”nun direktoru dəyişdibackend

“Peyk zavodu”nun direktoru dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.

O, vaxtilə nazirliyə məxsus “Alov Zavodu”nun direktoru olub.

Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. İndustrie G.İ.E.” konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

©report