PKK-ya ağır zərbə: Sofi Nurəddin belə məhv edildi – VİDEObackend

PKK-ya ağır zərbə: Sofi Nurəddin belə məhv edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi tvitter hesabında PKK-nın əsas liderlərindən olan “Sofi Nurəddin” kod adlı terrorçunun məhv edilməsi görüntülərini paylaşıb.

NOCOMMENT teleqraf-a istinadən xatırladır ki, ötən gün Türkiyə hökumətinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan PKK/YPG-nin sözdə hərbi qanadına rəhbərlik edən “Sofi Nurəddinin” zərərsizləşdirildiyini açıqlamışdı.

Qeyd edək ki, 1990-cı ildən PKK-ya qatılan “Sofi Nurəddin” yüzlərlə günahsız türkün öldürülməsinə görə günahkardır. Türkiyə dövləti onu İnterpol vasitəsilə axtarışa vermişdi.

Milli Kəşfiyyat İdarəsi (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) birgə əməliyyatı sayəsində terrorçu İraqın Qəndil dağlarında məhv edilib.