Polisə xəsarət yetirən sürücü həbs edildibackend

Polisə xəsarət yetirən sürücü həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

Onun sözlərinə görə, “Opel” markalı, 99-NT-712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Mingəçevir şəhərində anadan olmuş Şirxan Alik oğlu Məmmədov aşkarlanaraq saxlanılıb.

Saxlanılan zaman sürücünün psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə təqdim edilib.

Məhkəmədə hakim tərəfindən sürücü Şirxan Alik oğlu Məmmədov 2 (iki) ay inzibati həbs və 1 (bir) il sürücülük hüququndan məhrum edilib.