Politico: ABŞ tələbə vizası müsahibələrini dayandırırbackend

Politico: ABŞ tələbə vizası müsahibələrini dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti tələbə vizası ilə bağlı müsahibələri müvəqqəti olaraq dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti hökumət sənədlərinə istinadən məlumat yayıb.

“Administrasiya ABŞ səfirliklərinə və konsulluq idarələrinə bu tələbə vizası üçün müraciət edənlər üçün yeni müsahibələr planlaşdırmağı dayandırmağa göstəriş verir”, – Dövlət katibi Marko Rubionun yaydığı teleqramda deyilir.

Jurnalistlərin fikrincə, bu, Ağ Evin ABŞ-da təhsil almaq üçün müraciət edən əcnəbilərin sosial şəbəkələrinin məcburi yoxlanışının tətbiqi imkanlarının öyrənilməsi fonunda baş verir.