Polşa Rusiyadakı hədəflərə çata biləcək hava raketləri alırbackend

Polşa Rusiyadakı hədəflərə çata biləcək hava raketləri alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib.

Qeyd edib ki, ölkəsi F-16, gələcəkdə isə F-35-in daşıyacağı raket paketini ala biləcək. Onun sözlərinə görə, bu döyüş sursatları ilə təchiz edilən Laskda yerləşdirilən Polşa təyyarələri Visladan o yana uçamayaraq Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək.

General bunun pilotların təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır.

Qeyd edək ki, martın 12-də Dövlət Departamenti Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışını təsdiqləyib.