Praqa və Soçidə Qarabağ buna görə müzakirə olunmadı – Simonyandan açıqlamabackend

Praqa və Soçidə Qarabağ buna görə müzakirə olunmadı – Simonyandan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ məsələsinin Praqa və Soçidə keçirilən üçtərəfli görüşlərdə müzakirə edilməməsindən danışıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, erməni spiker hazırda əsas məqsədin sülh müqaviləsi olduğunu bildirib.

“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçi bəyanatında Qarabağla bağlı bir kəlmə də yer almayıb. Bunun səbəbi var. Soçi və Praqada İrəvanla Bakı arasında sülh müqaviləsi müzakirə olunub”, – deyə Simonyan jurnalistlərə açıqlamasında vurğulayıb.

“Lakin Soçidə, Praqada və başqa yerlərdə Ermənistan hakimiyyəti deyir və bundan sonra da deyəcək ki, Artsax əhalisinin taleyi və onunla bağlı hər şey Artsaxın nümayəndələri və onların iştirakı ilə müzakirə olunmalıdır”, – deyə spiker qeyd edib.

Eyni zamanda o, Stepanakertdəki mitinqdə Ermənistan hakimiyyətinə etimadsızlığın ifadə olunduğuna inanmır. Simonyan onun keçirilməsini, eləcə də Qarabağ parlamentinin qəbul etdiyi bəyanatı alqışlayıb.

“Bu, Qarabağ hakimiyyətini bu prosesə daxil etməyə çalışdığımıza mane olmur və kölgə salmır. Bu dəfə biz daha da irəli gedib parlamentariləri cəlb etdik. Brifinqdən dərhal sonra mən Artsaxın spikeri ilə bu barədə danışacağam”, –  deyə Simonyan vurğulayıb.