Prezident Qarabağ yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edibbackend

Prezident Qarabağ yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

NOCOMMENT xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.