Prezident və Baş qərargah rəisi arasında görüş – Paşinyana qarşı ittifaq qurulur?backend

Prezident və Baş qərargah rəisi arasında görüş – Paşinyana qarşı ittifaq qurulur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan bu gün ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanla görüşüb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti aparatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son hadisələrlə əlaqədar yaranan gərgin vəziyyət prezident və baş qərargah rəisi arasında əsas müzakirə mövzusu olub. Yaranan gərginliklə bağlı hansı qərarın qəbul olunmasından asılı olmayaraq ölkənin təhlükəsizliyi və sabitliyinin vacib olduğu qeyd edilib.

Prezident Sərkisyan Silahlı Qüvvələrin hər zaman himayəsində olması lazım olduğunu, ordunu və problemlərini diqqət mərkəzində saxlamağa davam edəcəyini bildirib.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah ölkənin baş naziri və hökumətindən istefa verməsini tələb edib.

Bundan sonra Baş nazir Paşinyan bu tələbi rədd edərək tərəfdarlarını küçələrə çıxarıb. Üstəlik Onik Qaspariyanın vəzifəsindən azad edilməsinə dair təqdimatı prezident Sərkisyana göndərib. Prezident baş nazirin təqdimatını təsdiqləməyib. Hazırda Ermənistanda dərin siyasi böhran müşahidə olunur.