Şabran, Ağsu, Quba, Xaçmaz və Astara rayonlarında çayların üzərində mühafizə bəndləri tikiləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.
Siyahıya əsasən, Şabranda Dəvəçiçayda, Ağsudakı Ağsuçayın Maşadqanlı kəndi və şəhər ərazisindən keçən hissələrində, Qubadakı Qaraçayda, Xaçmazdakı Qusarçayda və Qaraçayda, Astaradakı Pensərçayda daş və beton bəndlər quraşdırılacaq.









