Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir?backend

Prezidentliyə namizədlər seçkiyə hansı şüarlarla gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.

Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir. Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

NOCOMMENT.az qafqazinfo-ya istinadən prezidentliyə namizədlərin seçki şüarlarını təqdim edir:

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev – “Qalib xalqın qalib lideri!”;

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – “Ən böyük sərvət insandır!”;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – “Sosial ədalət, sosial demokratiya”;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!”;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev -“Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!”;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – “Ədalət, hüquq, demokratiya”;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – “Varlı vətəndaş, varlı ölkə!”.