Prokuror azyaşlıya təcavüzdə ittiham olunan şəxsə iş istəyibbackend

Prokuror azyaşlıya təcavüzdə ittiham olunan şəxsə iş istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərərçəkən tərəf istənilən cəzadan narazıdır

İctimai fəal Sənay Qəhrəmanlıya (Yağmur) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsə 7 il cəza istəyib. Prokuror bildirib ki, Asgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə verilən ittiham məhkəmədə sübuta yetirilib.

NOCOMMENT xəbər verir ki, lakin Əsgər Ağazadə özünü təqsirli bilmir, ictimai fəalın onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə ittihamın əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

Zərəçəkmişin nümayəndəsi – anası, yazar Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. Onun sözlərinə görə, Əsgər Ağazadə məsuliyyətdən yayınmaq üçün yalan danışır.

Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan da narazı qalıb. O, hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır.

Sənay Qəhrəmanlıya qarşı təcavüzə görə cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sanay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib.

Təxminən bir il sonra məsələ ictimailəşib və işi Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Məhkəmə prosesi iyulun 27-də davam edəcək.