Prokuror terrorçuluqda təqsirləndirilən ermənilərə cəza istəyibbackend

Prokuror terrorçuluqda təqsirləndirilən ermənilərə cəza istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokuror Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotiniyə 20 il və Rafaelyan Vladimir Otarinə isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

NOCOMMENT xəbər verir ki, bunu dövlət ittihamçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Prokuror həmçinin çıxışında təqsirləndirilən şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssində çəkmələrini istəyib.

O çıxışında qeyd edib ki, təqsirləndirilən şəxslər cəzaların çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından çıxarılsın.

Daha sonra vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.