Vitamed Tibb Mərkəzi barədə protokol tərtib edilibbackend

Vitamed Tibb Mərkəzi barədə protokol tərtib edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vitamed Tibb Mərkəzi” MMC cərimə edilə bilər.

NOCOMMENT.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci(Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sabunçu rayon məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq,

Protokol təsdiq edilərsə şirkət səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.