Putindən milyardlarla dollar dəyəri olan saray barədə AÇIQLAMA – VİDEObackend

Putindən milyardlarla dollar dəyəri olan saray barədə AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”.

NOCOMMENT rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.

“Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim”, – deyə o vurğulayıb.

V.Putinin fikrincə, həmin araşdırma montaj və kompilyasiyadır: “Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün uyğun vaxt tapıblar”.