Putinin elçisi hansı xəbərlə gəlib? – Bu səfər sübut edir ki…backend

Putinin elçisi hansı xəbərlə gəlib? – Bu səfər sübut edir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Baş nazirnin müavini Aleksey Overçukun Azərbaycana gəlməsi normal bir hadisədir. Çünki bu cür səfərlər gözləniləndir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib.

“Biz bilirik ki, regionda bu gün keçmiş münaqişə ilə bağlı olan proseslər aktualdır və proseslərin bünövrəsində duran əsas məsələ Ermənistan tərəfindən sərhədlərimizin delimitasiya və demarkasiya prosesinə ciddi şəkildə maneəçiliyin törədilməsidir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın təxribatçı addımları da davam edir”.

Mütəxəssis bildirib ki, 10 noyabr tarixli bəyanatın tələbinə uyğun olaarq Ermənistan öz üzərinə düşən addımları atmalıydı:

“Həmin o addımların reallaşması üçün cari ilin 11 yanvar tarixində Moskvada Baş nazirlərin müavinlərinin iştirakı ilə üçtərəfli komissiya yaradılmışdı. Komissiyanın fəaliyyəti faktiki olaraq, məhz Ermənistan tərəfindən dondurulub. Onlara görə, komissiya demək olar ki, fəaliyyət göstərə, həmçinin qarşıya qoyulan nəticələrə nail ola bilmir”.

X. Bəşirov əlavə edib :

“Eyni zamanda bilirik ki, qarşıda bizi 26 noyabr tarixində Soçi görüşü və ondan sonra da 15 dekabrda Brüsseldə Aİ-nin təşəbbüsü ilə Şərq Tərəfdaşlığı Sammitinin çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü gözləyir. Hesab edirəm ki, bu ikitərəfli şəkildə olan ilk görüşdür. Bu istiqamətdə addımların atılması, paralel şəkildə proseslərdə aktual iştirak edən həm Rusiyanın, həm də Qərbin iştirakı ilə həyata keçirilməsi müsbət məqamlardır. Bu görüşlərdən öncə səfərlərin edilməsi bir daha onu sübut edir ki, Brüssel görüşünə hazırlıq gedir”.

“Əgər dövlət başçıları 26 noyabr tarixində görüşəcəklərsə, yəqin ki, orada müzakirə olunacaq ki,yaradılmış üçtərəfli komissiya hansı işləri görüb. Məhz o məqsədlə düşünürəm ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edib və görüşdə müzakirələr aparılıb. Bu cür səfər Ermənistana da gözlənilə bilər”, – deyə politoloq vurğulayıb.

Siyasi analitik bu səpkili səfərləri müzakirə edərkən deyib:

“Onu da qeyd edim ki, Mixail Mişustin bir neçə gün öncə Avrasiya İqtisadi İttifaqının çərçivəsində İrəvana səfər etmişdi. Yəqin ki, orada da bu məsələlərin müzakirəsinə vaxt ayırılıb.

Bu səfərlərin davamlı olması daha yaxşıdır, nəinki olmaması. Əgər bu səfərlər reallaşdırılmasa, qarşıya qoyulan bu məsələlərə nail olmaq mümkün deyil. Üçtərəfli kommissiya yaradılıbsa, hesab edirəm ki, real görüşlər fonunda bu məsələlərin həllinə nail olmalıdır. Fərqli şəkildə bunlara nail olmaq mümkün deyil”.