Qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçibbackend

Qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib.

NOCOMMENT.az xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov deyib.

“Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər”,- o qeyd edib.

O bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.\\“Unikal”