Qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıbbackend

Qadının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının bank hesabından 520 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Quliyeva bank hesabından 520 manatının çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.